"Bir gün daha güclü qayıdacağıq"


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi"yə uduzduqları Çempionlar Liqasının final oyunundan (0-1) sonra fikirlərini bölüşüb.


90plus.az xəbər verir ki, məşqçi deyib:


"Çətin matç idi. İlk Çempionlar Liqası finalı üçün yaxşı oynadıq. Futbolçular əllərindən gələni etdilər, bütün güclərini verdilər. Onları əla mövsüm və bu gün göstərdikləri oyun münasibətilə təbrik etmək istəyirəm.


"Çelsi" çox yaxşı komandadır, amma biz onlara qarşı mükəmməl oynadıq. Evə ailəmin yanına getmək istəyirəm. Uzun müddətdir onları görmürəm. Daha sonra kluba qayıdacam. Yaxın bir neçə ildə dünyanın ən yaxşı klubu olacağıq. Parlaq və cəsarətlə oynadıq, lakin şansları qola çevirə bilmədik, Bir gün daha güclü qayıdacağıq"

0 comments

Recent Posts

See All