Bir idmançımız qızıl, digəri bürünc qazandı!


Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.

"90plus"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Giyom Şenlə (Fransa) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Heydərov bürünc medala sahib çıxıb.


Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.

0 comments