Bir oyuna görə 18 milyon itirdilər

Bu yay keçirilməsi nəzərdə tutulan Beynəlxalq Çempionlar Kubokunun ləğv olunmasından ən çox “Barselona” və “Real” ziyan çəkəcək.



90plus.az “Marca”ya istinadən xəbər verir ki, hər iki komanda bu turnir çərçivəsində Las-Veqasdakı yeni stadionda qarılaşmalı və buna görə 18 milyon avro qonorar almalı idi. Amma koronavirus pandemiyasınına görə yarışın ləğvi səbəbindən klublar külli miqdarda pul itiriblər.


Qeyd edək ki, Beynəlxalq Çempionlar Kuboku 2013-cü ildən başlayaraq bir neçə məşhur klubun iştirakı ilə əsasən ABŞ və Asiyanın bəzi şəhərlərində keçirilir.

0 comments