Bu gün DÇ-2022-nin qrup mərhələsində 3-cü tura start veriləcək.
90plus.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Ekvador Seneqalla, eyni vaxtda Niderland Qətərlə qarşılaşacaq. Bu qrupda Qətərin pley-offa vəsiqə qazanmaq şanslarını itirib. Digər 3 komanda isə 1/8 finala vəsiqə üçün oynayacaq.
B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşacaq. Eyni saatda Britaniya derbisi gerçəkləşəcək. Uels İngiltərə ilə üz-üzə gələcək. Bu qrupda isə bütün komandaların pley-offa yüksəlmək şansı var.
Xatırladaq ki, DÇ-2022-də Portuqaliya və Franda pley-offa vəsiqəni təmin edib.
29 noyabr
A qrupu
19:00. Ekvador - Seneqal
Baş hakim: Kleman Türpen (Fransa)
"Xəlifə" stadionu
19:00. Niderland - Qətər
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
B qrupu
23:00. İran - ABŞ
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Al Tumama" stadionu
23:00. Uels - İngiltərə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
"Əhməd ibn Əli" stadionu