
"Qəbələ" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/8 finalında MOİK-ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına qatılıb.
90plus.az xəbər verir ki, o, görüşlə bağlı bunları deyib:
"Düşündüyümüzdən də ağır oyun alındı. Çalışdıq ki, “Zirə” ilə matçdan sonra heyətdə bir az rotasiya edək və az oynayan futbolçulara şans verək. Düşünürəm ki, ümumi götürəndə Birinci divizion komandaları ilə fərq hiss olunmur. Oyun da bunu göstərdi. Ümumilikdə komandamız ikinci hissədə daha məzmunlu, daha dinamik çıxış etməyə çalışdı və layiqli qələbə qazandı".