Birinci divizionun qalibləri mükafatlandırıldı

I Divizionda 2020/2021-ci illər mövsümünün sonuncu oyunu “”Zaqatala – “Neftçi-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

90plus.az PFL-in saytına istinadən xəbər verir ki, Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilən tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Neftçi” klubunun prezidenti Kamran Quliyev və başqa rəsmi şəxslər iştirak edibər. Hələ 2 tur əvvəl çempionluğu təmin edən “Neftçi-2”yə qızıl, “Zaqatala”ya isə gümüş medallar təqdim edilib. Ötən tur üçüncü olacağı dəqiqləşən “Turan Tovuz” bürünc medallara sahib çıxıb.

0 comments