"Birinci hissəni yaxşı oynamadıq!"



90plus.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” oyunu sonrası mətbuat konfransında “Sumqayıt” FK-nın baş məşqçisi Ayxan Abbasov oyunla bağlı fikirlərini bildirib: “Azərbaycan Kubokunun 1/4 finalının ilk oyununda qələbə qazanmağı çox istəyirdik. Əsas məqsədlərimizdən biri də qapımızı toxunulmaz saxlamaq idi, təəssüf ki, bunu bacarmadıq. Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Fasilədən sonra daha yaxşı oynasaq da, qol imkanlarını boşa verdik. Hazırda ən böyük çatışmazlığımız da məhz qol imkanlarından yararlana bilməməkdir. Tez bir zamanda bu problemi aradan qaldırmağa çalışacağıq. Artıq bugünki oyunu unudub, cavab qarşılaşmasına hazırlaşacağıq. Turu keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.



0 comments

Recent Posts

See All