“Birincilər”də oyun cədvəli bilindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 5-ci turun oyun cədvəli məlum olub.

90plus.az xəbər verir ki, turun “Zirə-2” – “Sabah-2” görüşündən başqa, bütün qarşılaşmaları 1-ci divizionun “yutub” kanalında canlı yayımlanacaq.


Birinci divizion, 5-ci tur

19 oktyabr

Neftçi-2 – Sumqayıt-2 “Neftçi” klubunun bazası (ehtiyat meydança), 15:00

Keşlə-2 – Qarabağ-2 “ASK Arena”, 15:00


20 oktyabr

Zirə-2 – Sabah-2 “ASK Arena”, 14:00

MOİK – Zaqatala Binə qəsəbə stadionu, 14:00

Turan Tovuz – Qaradağ Lökbatan Tovuz şəhər stadionu, 14:30


Qeyd: Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ” U-19 komandası “Qəbələ-2”dən futbolçular dəvət etdiyinə görə, adıçəkilən komandanın müraciəti, “Səbail-2” komandasının razılığı ilə 5-ci turun “Səbail-2” – “Qəbələ-2” oyunu 19.10.2021-ci il tarixdən 11.11.2021 tarixə təxirə salınıb.

0 comments