
"Aston Villa" qapıçısı Emiliano Martinesi bu qış satmayacaq.
90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bir neçə klubun marağına baxmayaraq, İngiltərə təmsilçisi Martineslə yolları ayırmaq fikrində deyil. Bildirilib ki, 30 yaşlı qolkiper də klubundan ayrılmaq istəmir.
Qapıçının "Aston Villa" ilə müqaviləsində sərbəst qalma maddəsi yoxdur. Ona görə də onun mümkün transferi yalnız klubun qərarından asılıdır.
Qeyd edək ki, E.Martines 2020-ci ilin sentyabrında "Aston Villa"ya keçib. O, Argentina millisi ilə DÇ-2022-nin qalibi olub və turnirin ən yaxşı qapıçısı seçilib.