“Bizə ən yaxşı Messi və ən yaxşı “Barselona” lazımdır

“Barselona”nın baş məşqçisi Ronald Kuman “Real”la matç öncəsi fikirlərini bölüşüb.

90plus.az “Marca”ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis deyib:


”Bu yaxınlarda yaxşı nəticələr əldə etmişik, Komanda özünə güvənir. Qarşıda “Real”la möhtəşəm bir oyunumuz var. Maksimum dərəcədə mübarizə aparacağıq. Çünki bu, hər iki klub üçün də La Liqadakı qələbədir . Ona görə də bugünkü oyun çox vacibdir. Ümid edirəm ki, Messi yenidən həlledici rol oynayacaq. Bu matçda bizə ən yaxşı Messi və ən yaxşı “Barselona” lazımdır. Hər şey mükəmməl şəkildə aparılmalıdır”. Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

0 comments