top of page

"Bizə baxımlı oyun yox, nəticə lazımdır" - Tərlan Əhmədov


"Hər bir qələbə həmişə xoş olur. Əsasən də ağır durumda, məğlubiyyətdən sonra buna nail olmaq olduqca xoşdur".

90plus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 23-cü turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.



O, 3:2 hesablı qələbəni belə şərh edib: "Mübarizəli oyun gördük. Dramatiq oyun oldu. Hesab çox dəyişdi. Bəlkə də ilk dəfə idi ki, bu qədər həyəcan keçirirdim. Futbolçuların əzmkarlığı, istəyi yaxşı idi. Uşaqlara tapşırmışdım ki, baxımlı oyun deyil, nəticə qazanın. Mübariz kollektiv oyun nizam-intizamını qoruyaraq azarkeşləri də sevindirdi. Bizə də ümid verdilər ki, daha rahat işimizi görək. Bu günkü oyuna görə futbolçularıma təşəkkür edirəm".

0 comments
bottom of page