"Real Madrid"in hücumçusu Kərim Benzema "Əl-Nəsr"in təcrübəli ulduzu Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb.
90plus.az xəbər verir ki, "Marca" Benzemanın dediklərini belə çatdırıb:
"Fikrimcə, Kriştianu Səudiyyə Ərəbistanında xoşbəxtdir. Qolları sıralayacağına inanıram. Bəli, o, bizim məşqimizə gəlmişdi. Ancaq dost olduğumuzu sübut etmək üçün foto lazım gələcək. Bizə sosial şəbəkə üçün foto hazırlamaq lazım deyil. Açığı, onunla düz-əməlli söhbət etməyə imkan olmadı. Ümid edirəm ki, Superkubokun finalında lazımınca söhbətləşə biləcəyik".
Xatırladaq ki, əzəli rəqiblər - "Real" və "Barselona" arasında baş tutacaq İspaniya Superkuboku uğrunda matç bu gün, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək.