"Biz güclü komandayıq" - Olimpiakosun oyunçusu!



"Çətin həftə idi. Mən avrokuboklara qayıtdığımız üçün çox xoşbəxtəm. Bütün problemlərə baxmayaraq qələbə qazandıq".

"90plus"un məlumatına görə, bu fikirləri Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Pyer Kunde Bakıda "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının cavab matçından sonra deyib.

26 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib: "Tam formada olmaq üçün çox çalışıram. Çətinliklərin əhəmiyyəti yoxdur. Biz güclü komandayıq".

Qeyd edək ki, "Neftçi" Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub.

0 comments