"Biz nəyisə məcburən bərpa edə bilmərik"-Ole Qunnar



"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Markus Reşfordun durumu haqda danışıb.

90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis 22 yaşlı hücumçunun Avroliqaya və İngiltərə kubokunun finalınadək sağalacağını deyib:

"Reşfordun vəziyyəti yaxşıya doğru dəyişir. Biz nəyisə məcburən bərpa edə  bilmərik. Yəqin ki, bir-iki aydan sonra onu meydanda görəcəyik. O, hazır olanda daha da güclənəcək. Markus həmişə- oyundan əvvəl və fasilədə paltardəyişmə otağında bizimlədir. Komanda yoldaşlarının yaxşı çıxış etməsini istəyir. O, Avropa Liqasına və İngilətə Kubokunun finalınadək qayıda bilər".

Qeyd edək ki, M.Reşford İngiltərə kubokunun 1/32 finalının cavab matçları çərçivəsində "Vulverhempton"la görüşdə (1:0) zədələnmişdi.

0 comments