top of page

“Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk” – “Qrasshopper” rəsmisi

İsveçrənin “Qrasshopper” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Renat Dadaşov iş yerini dəyişə bilər.


90plus.az xəbər verir ki, bu barədə “Qrasshopper”in idman direktoru Bernt Haas Azərbaycan millisinin futbolçusunun mümkün transferi ilə bağlı danışarkən deyib:


“Biz Renat Dadaşovla digər variantları nəzərdən keçiririk”.


Klub rəsmisi komandanın digər oyunçusu, yaponiyalı Ayumu Seko ilə bağlı isə konkret bir şeyin olmadığını diqqətə çatdırıb.


Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, klubla 2022-ci ilin yayında sözləşmə imzalayıb.

0 comments
bottom of page