"Biz turu keçməyə məcbur deyilik!"

"Atalanta" klubunun baş məşqçisi Gian Piero Gasperini UEFA Çempionlar liqası 1/8 final mərhələsinin ilk duelində "Real Madrid"lə qarşılaşmadan öncə ehtiyatlı danışıb:

"Biz turu keçməyə məcbur deyilik. Ancaq bu komandalar[Real Madrid] səviyyəsində oyunlar oynamağa davam etmək istəyirik. Heç kim bizdən bunu xahiş etməyib."

Təcrübəli baş məşqçi "Real Madrid"in zədəli oyunçuları barədə də danışıb:

"Baxmayaraq ki, zədəli oyunçular çoxdur, yenə də çox keyfiyyətli heyəti var."



Onu da qeyd edək ki, matç bu gecə 00:00-da başlayacaq.

0 comments

Recent Posts

See All