
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun çempionluq şansları haqda danışıb.
90plus.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Xal itirsək, “Arsenal” vaxtından əvvəl çempion olacaq. Qalib gəlsək və buna davam etsək, mövsümün sonunda çempion ola bilərik. Komandamız buna öyrəşib, problem deyil. Biz matçlarımızda qalib gəlməliyik".
“Mançester Siti” Premyer Liqanın turnir cədvəlində “Arsenal”dan 8 xal geri qalaraq 2-ci yerdədir.