top of page

“Biz yarımfinaldayıq və bu, kiçik uğur deyil” - Deşam

“Bu, heyrətamiz, əla matç idi. Biz həqiqətən fantastik İngiltərə komandası ilə qarşılaşdıq, lakin daha bir qol vura bildik. Əla idi, həzz almalıyıq. Biz yarımfinaldayıq və bu, kiçik uğur deyil. Futbolçularım performansının yüksək səviyyədə olduğunu görmək məni xoşbəxt etdi".


90plus.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəyə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.


O, yarımfinaldakı rəqibləri Mərakeşin daha sürpriz komanda olmadığını bildirib: "Mərakeş hörmətə layiqdir. Sürprizə imza atdılar və cəmi 1 qol buraxaraq bu qədər böyük Portuqaliyay qarşı qələbə qazanmağı bacardılar. Bu o deməkdir ki, artıq etdikləri sürpriz deyil. Mərakeşlə oyuna ciddi hazırlaşacağıq".


Qeyd edək ki, dekabrın 14-ü keçiriləcək Mərakeş - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0 comments

Comments


bottom of page