"Bizi hansı təhlükənin gözlədiyini bilirik" - "Aberdin"in futbolçusu

"Avrokubokların qrup mərhələsinə bu qədər yaxın olmağımızdan 14 il keçib. Buna görə bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq, nəticədən məmnunuq".

90plus.az "Eveningexpress"ə istinadən xəbər verir ki, bu sözləri Şotlandiya "Aberdin"in futbolçusu Funso Oyo Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunundan əvvəl deyib.

O, Bakıdakı ilk matçda havanın çox isti, meydanın isə pis vəziyyətdə olduğunu bildirib: "Qarabağ" yaxşı komandadır. Klub prezidenti və azarkeşlər bizdən yaxşı nəticə istəyir. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Düşünürəm ki, tribunalarda izdiham olacaq. Futbol bacarıqlarımızı ortaya qoyaraq istəyimizə nail olacağıq".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

0 comments

Recent Posts

See All