top of page

"Bizi sevənləri üzdüyümüz üçün məyusuq"

"Bu vəziyyətdə olduğumuz, xalqımızı, bizi sevənləri üzdüyümüz üçün məyusuq".


90plus.az xəbər verir ki, bu fikirləri Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İsveçrəyə qarşı keçirəcəkləri AVRO-2020-nin A qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.


Müdafiəçi sabahkı matçda qələbə qazanmaq istədiklərini bildirib: "1/8 finala çıxsaq da, qrupda qalsaq da, meydanı 3 xalla tərk etmək istəyirik. Hamımız pis oluruq, amma İsveçrə ilə oyun bizim üçün yeni şansdır. Komanda şəklində yaxşı müdafiə olunmalıyıq. Təbii ki, 2 oyuna 5 qol buraxmaq yaxşı deyil".


Onun sözlərinə görə, hər matçdan sonra səhvləri analiz edirlər: "Hətta yaxşı oynadığımız oyunlardan sonra da səhvlərimizi müzakirə edirik. Heç kim oyunların belə bitməsini istəməzdi. Hazırda əsas diqqətimiz sabahkı oyundadır".


0 comments
bottom of page