top of page

“Bizim üçün çox vacib olan üç xal qazandıq” - Azər Bağırov

“Hava şəraitinə görə oyun çətin keçdi. Çatışmazlıqlar var. Amma eyni zamanda, indiki mərhələdə bizim üçün çox vacib olan üç xal qazandıq. İşimiz çox çətindir. Çünki biz yeni komandayıq və yeni legionerlər var".


90plus.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 2-ci turunda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.


"Komandanı motivasiya etməyə çalışırıq. Legionerlər adaptasiya olmalıdır. Hər futbolçunun meydanda öz funksiyası var. Onların hər birinin bütün zonalarda oynamasını istəyirik. Bizim üçün psixoloji amil çox vacibdir" - deyə o bildirib.


A.Bağırov söyləyib ki, qarşıda “Qarabağ”la oyunları var: "Bu gün çempionatda "Qarabağ"la oynamaq hər komanda üçün dərsdir. Amma biz hələ formalaşma mərhələsindəyik. Bizim hələ həyata keçirməyə çalışdığımız öz oyunumuz yoxdur. Bütün bunlar vaxt aparacaq”.

0 comments

Opmerkingen


bottom of page