“Bizim formanın ağırlığı o birilərdən 20 kiloqram çoxdur”

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 22-ci turunda “Deportivo Alaves” üzərindəki qələbəni (1:0) şərh edib.

90xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bildirib:


“Biz bu görüşü gözləyirdik. Müxtəlif sxemlər üzrə – üçlü, dördlü müdafiədə oynamağa çalışdıq. Daha sonra “3-4-3”ə keçdik. Bu isə bizə baha başa gəldi. Hazırda komandamızda vəziyyət sadə deyil. Biz çox əziyyət çəkməliyik. İndi futbolçularımızda özünəinam azdır. Onların ətrafında baş verənlər bəzən futbolçulara kömək etmir. Məsələn, Alba tənqidlərə məruz qalan Buskets və Pike kimi əla oyun keçirdi. Bilmək lazımdır ki, “Barselona”nın formasının ağırlığı başqalarından 20 kiloqram çoxdur. Bu gün günəş çıxdı. Emosional olaraq futbolçularımız qələbə qazanmalı idilər”.


Xatırladaq ki, 21 oyundan 35 xal toplayan “Barselona” hazırda La Liqada 5-ci yeri tutur. Lider “Real”ın (Madrid) 22 oyundan 50 xalı var.

0 comments