"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola "Mançester Yunayted"in İngiltərə liqa kubokunu qazanmasına münasibət bildirib.
90plus.az xəbər verir ki, o, İngiltərə mətbuatına açıqlamasında əzəli rəqiblərinin düzgün yolda olduqlarını deyib:
“Bir az daha çox pul xərcləsələr, bəli, bizim səviyyəmizə yüksələ bilərlər. Bundan əvvəl xərcləmirdilər. İndi komandanın düzgün yolda olduğu görünür".
Qeyd edək ki, hazırda "Mançester Siti" İngiltərə Premyer Liqasında 55 xalla 2-ci, "Mançester Yunayted" isə 49 xalla 3-cüdür.