top of page

Bojoviç: “Bir az bəxtimiz gətirdi”


"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 28-ci turunun "Qəbələ" ilə 0:1 hesablı görüşündən sonra mətbuat konfransına qatılıb.


90plus.az xəbər verir ki, Bojoviç oyun haqda bunları söyləyib:


"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, "Qəbələ" Premyer Liqada qalmaq üçün mübarizə aparır. "Qəbələ" yaxşı komandadır.  Azərbaycanda ən yaxşı meydança buradadır. Məşq üçün də keyfiyyətli meydançaları var. Təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi.

Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyətimiz bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq".


Mənbə: Sportal

0 comments

Yorumlar


bottom of page