Boksçumuz Cavid də mübarizəni dayandırdı


Boks üzrə Azərbaycan millisinin üzvü Cavid Çələbiyev (63 kq.) bu gün Tokio-2020-də 1/8 final görüşünə çıxıb.


90plus.az xəbər verir ki, 2013-сü ildə dünya çempionu, İslam Həmrəylik Oyunlarının (2017) birincisi olan idmançımız bu mərhələdə Ermənistan təmsilçisi, 2017-ci ildə Avropa çempionu və 2019-cu ildə Avropa Oyunlarının qalibi adını qazanan Ovannes Baçkovla üz-üzə gəlib və 1:4 hesabı ilə uduzub.


Bununla da o, Tokio-2020-də mübarizəni başa vurub.


Qeyd edək ki, Çələbiyev 1/16 finalda Ukrayna boksçusu Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

0 comments