Boksçumuz erməniyə qalib gəldi


Azərbaycan boksçusu Lorenzo Sotomayor Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib. 90plus.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Danimarkanı təmsil edən erməni rəqibi Sebastian Terteryanı mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayordan öncə rinqə çıxan Aynur Rzayeva (75 kq) isə polşalı Yelizaveta Vojçikə uduzub. Qeyd edək ki, bu gün daha iki azərbaycanlı boksçu mübarizəyə qoşulacaq.

0 comments