top of page

Boksçumuz erməniyə qalib gəldi


Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatına qələbə ilə başlayıb. 90plus.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib. Hər üç raundda güclü olan Kazımzadə rəqibini 3:0 hesabı ilə üstələyib. Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.

0 comments
bottom of page