Boksçumuz erməniyə qarşı

Bu gün Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyinə start veriləcək. 90plus.az xəbər verir ki, 11 gün davam edəcək mundialda Azərbaycanın 9 kişi boksçu mübarizə aparacaq. Komanda üzvlərimizdən Əli Zamanov (52 kq) 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gələcək.

13 aprel 1/16 final Əzrək Bəbirov (56 kq) – Maksat Jusipov (Qırğızıstan)

14 aprel 1/16 final Əli Zamanov (52 kq) – Ruben Qarboyan (Ermənistan) Əsəd Baxışov (91 kq) – Ramazan Dadayev (Rusiya) 15 aprel 1/16 final Cəlal Qurbanov (60 kq) – Ferens Samu (Macarıstan) Samir Nəsirov (69 kq) – Petar Knezeviç (Xorvatiya) / Mateus Urban (Polşa)

16 aprel 1/16 final Elmir Novruzov (64 kq) – Darian Kastro (Kuba) Cəfər Heydərli (75 kq) – Villiam Çolov (Bolqarıstan) Murad Allahverdiyev (81 kq) – Domeniko Vingiquerra (İtaliya)

17 aprel 1/8 final Nicat Hüseynov (49 kq) – Salvator Di Noto (İtaliya)/Allan Morozov (Estoniya)

0 comments