Boksçumuz növbəti mərhələyə yüksəlib


Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk görüşünə çıxıb. 90plus.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı 1/32 finalda haitili Çarles Petit-Hommla üz-üzə gəlib. Rəqibini məğlub edən Əliyev növbəti mərhələdə italiyalı Simone Spada ilə qüvvəsini sınayacaq.

0 comments