Bolqarıstan klubu "Qarabağ"a keçəcəyi gözlənilən futbolçuya əvəzləyici axtarır



"Qarabağ"ın danışıq apardığı Bolqarıstanın "Çerno More" klubunun futbolçusu Leandro Andradeninin komandadan ayrılacağı dəqiqləşib. 90plus.az Bolqarıstanın "Sportal.bg" saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi İlian İliyev yerli jurnalistlərə açıqlamasında deyib. O, 23 yaşlı portuqaliyalı yarımmüdafiəçiyə əvəzləyivci axtardıqlarını bildirib: "Andradeyə marağın olması həm klub, həm də oyunçu üçün yaxşı haldır. Məsələnin pis cəhəti gedən oyunçuya əvəzedici axtarmaqdır. İlk 6-8 ayında Leandro elə də nəzərə çarpmırdı və onu götürdüyümüzə görə bizə iradlar tutulurdu. Ümidvarıq ki, komandamızın digər qalan oyunçuları da öz şanslarından yararlanacaqlar. Ümid edirəm ki, heyətə yeni hücumçu cəlb edə biləcəyik". Qeyd edək ki, hücumayelli yarımmüdafiəçi ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib.

0 comments