top of page

“Boluspor” “Qarabağ”ın keçmiş futbolçusunu transfer etdi

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu Türkiyə klubuna keçib.


90plus.az xəbər verir ki, 33 yaşlı forvard “Boluspor”la müqavilə imzalayıb. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ndlovu yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.


Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, 2021/2022 mövsümünü Türkiyənin “Kocaelispor” klubunda keçirib. Dinonun son klubu Çin “Çanqçun”u olub.



0 comments
bottom of page