Məşhur futbolçu Leonardo Bonuççi "Yuventus"dan ayrılmağa hazırlaşır.
90plus.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisinin 36 yaşlı kapitanı jaryerasını "Union"da (Berlin) davam etdirəcək. Tərəflər artıq razılıq əldə ediblər. Bonuççinin bu gün Almaniyaya yola düşəcəyi gözlənilir.
Müqavilə 2024-cü ilin iyun ayına kimi olacaq.
Qeyd edək ki, Bonuççi ötən mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 26 oyunda 2 qol vurub və 3 sarı vərəqə alıb. "Transfermarkt" portalı onu 1,5 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl italyanla "Latsio" nun maraqlandığı bildirilirdi və o, bu mövsüm onun sonuncu olacağını bildirmişdi.
