top of page

Bonuççi “Fənərbağça”da!


"Fənərbağça" italiyalı müdafiəçi Leonardo Bonuççi ilə razılığa gəlib.


90plus.az "Fabrizio Romano"ya istinadən xəbər verir ki, Bonuççi sabah İstanbula gedəcək. Hazırda bu transfer üçün Bonuççinin klubu "Union Berlin"lə son danışıqlar aparılır.


Qeyd: Bonuççi 2023-cü ilin yayında azad agent statusu ilə “Union Berlin”ə keçib. O, Bundesliqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və 1 qol vurub.

0 comments
bottom of page