top of page

Bonuççi rəsmən “Fənərbağça”da!


"Fənərbağça" "Union"un futbolçusu Leonardo Bonuççini transfer etdiyini rəsmən açıqlayıb.


90plus.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi 36 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçmək üçün İstanbula gələcəyini bildirib. O, Bakı vaxtı ilə 19:30-20:00 radələrində İstanbulda olacaq.


Qeyd: Bonuççi 2023-cü ilin yayında azad agent kimi “Union”a keçib. O, Bundesliqa təmsilçisinin heyətində 10 matçda meydana çıxıb və 1 qol vurub.

0 comments
bottom of page