Bordin millidə fəaliyyətə başladı - İlk tələbi nəticə oldu

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin bu gün Moldova millisinin baş məşqçisi kimi ictimaiyyətə təqdim olunub.

90plus.az xəbər verir ki, italiyalı mütəxəssisin keçirdiyi mətbuat konfransında onun köməkçiləri də bəlli olub. Onlardan ikisi yerli – moldovalı mütəxəssisdir (Sergey Kleşenko və Denis Romanenko). Həmçinin “Şerif”də Bordinin fiziki hazırlıq üzrə köməkçisi olmuş məşqçi də heyətdə yer alıb.

Bordin bildirib ki, DÇ-2020-nin seçmə mərhələsində onlara çətin olacaq: “Amma biz birlikdə nəticə qazanacağıq. Mən futbolçulardan 100 faiz oyuna köklənməyi və nəticə tələb edirəm”.

0 comments