Borini "Milan"dan getdi 

İtaliyanın “Verona” klubu "Milan”dan Fabio Borinini heyətinə qatıb.

90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb. Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Parma”, “Roma”, “Liverpul”, “Sanderlend” kimi klubların formasını geyinən italiyalı forvard, 2017-ci ildən “Milan”da çıxış edirdi.

0 comments