top of page

"Borussia Dortmund" futbolçusu ilə müqaviləni uzatdı


Dortmund "Borussiya"sı yarımmüdafiəçi Yulian Brandtla yeni müqavilə imzalayıb.

90plus.az xəbər verir ki, yeni sözləşmə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yulian Brandt 2019-cu ildən "Borussiya"da çıxış edir. Alman futbolçu cari mövsümdə Bundesliqa klubunun heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

0 comments
bottom of page