top of page

"Borussia Dortmund" futbolçusu ilə müqavilə imzalayır


"Borussiya" (Dortmund) futbolçusu Cud Bellinqemi klubda saxlamaq istəyir.

90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçini "Real", "Çelsi", PSJ, "Liverpul" kimi klublar heyətinə qatmağa çalışsa da, Bundesliqa təmsilçisi onu buraxmaq niyyətində deyil.



"Borussiya"nın idman direktoru Sebastyan Kehl isə bildirib ki, Bellinqemlə müqaviləni uzatmaq üçün danışıqlara başlayacaqlar: “Bellinqemin müqaviləsini uzatmağa çalışacağıq. O, sakitdir və bütün diqqətini futbola cəmləyib”.

Bellinqhemin alman klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.İngilis futbolçu bu mövsüm "Borussiya"nın heyətində 26 oyunda 10 qol vurub və 6 qolun ötürməsini verib. "Transfermarkt"a görə, futbolçunun qiyməti 110 milyon avrodur.

0 comments
bottom of page