"Borussia Dortmund"un futbolçusu karyerasını başa vurdu!



Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Lukaş Pişşek karyerasını başa vurub.

"90plus" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, polşalı müdafiəçi 36 yaşında futbolla vidalaşıb.

Təcrübəli oyunçu əslində karyerasını ötən mövsüm bitirmək istəsə də, sonradan klubun 1 illik yeni müqavilə təklifini qəbul etmişdi.

Pişşek yayda atasının vitse-prezident olduğu Polşanın "Qoçalkovitse" klubuna qayıdacaq və fəaliyyətini 2019-cu ildə açdığı futbol akademiyasında davam etdirəcək.

Qeyd edək ki, Polşa millisinin heyətində 66 oyun keçirmiş Lukaş Pişşek 3 qol vurub. O, 2 dəfə Almaniya çempionluğunu, eyni sayda ölkə kubokunu və superkubokunu qazanıb.

0 comments