"Borussiya"da koronavirus

Münhenqladbax "Borussiya"sının futbolçuları və əməkdaşları koronavirus testindən keçiblər.



90plus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, testin nəticələrinə əsasən, iki nəfərdə yoluxma aşkarlanıb. Koronavirus aşkarlanan şəxslərin adı açıqlanmayıb. Onlardan birinin futbolçu, digərinin klubun əməkdaşı olduğu vurğulanıb.


Pandemiyaya yoluxanların karantinə göndərildiyi bildirilib.

0 comments