top of page

“Borussiya”da sezona 2 transferlə başladı

Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.


90plus.az xəbər verir ki, Bundesliqa təmsilçisi Robin Hak və Fabio Çiarodianı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Hak “Arminiya”dan, Çiarodia isə “Verder”dən transfer olunub. Hər iki futbolçu ilə 4 illik müqavilə imzalanıb.


Mönhenqladbax təmsilçisi Robinin transferi üçün 1,1, Fabionun keçidinə görə 2 milyon avro ödəyib.

0 comments
bottom of page