top of page

"Borussiya Dortmund" ardıcıl 7-ci qələbəsini qazandı

Almaniya Bundesliqasının 22-ci həftəsində "Hoffenhaym" və "Borussiya Dortmund" komandaları üz-üzə gəlib.


90plus.az xəbər verir ki, “PreZero Arena”da keçirilən oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.


Dortmundlulara qələbə qazandıran qolu 43-cü dəqiqədə Yulian Brandt vurub.


Bu nəticədən sonra Dortmund klubu liqada ardıcıl 7-ci qələbəsini qazanaraq xalını 46-ya yüksəldi. Son 12 oyunda qalib gəlməyən və 10-cu məğlubiyyətini alan "Hoffenhaym"ın isə aktivində 19 xal var.



0 comments
bottom of page