"Borussiya" (Dortmund) futbolçusu Mats Hummels ilə müqaviləni uzadıb.
90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 34 yalı hücumçu ilə yeni sözləşmə 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi isə bu ilin yayınadək idi.
Qeyd edək ki, 2008-2016-cı illərdə də "Borussiya"da oynayan Hummels 2019-cu ildə yenidən bu komandaya qayıdıb. O, "Borussiya" ilə 2 dəfə Almaniya çempionu olub, 2 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Bu mövsüm futbolçu 37 oyun keçirib və 1 qol vurub.
