top of page

"Borussiya Dortmund"dan zəlzələ qurbanlarına dəstək

Almaniya Bundesliqa komandalarından Dortmund "Borussiya"sı Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra yeni qərar qəbul edib.



90plus.az “Fotomaç”a istinadən xəbər verir ki, “Borussiya Dortmund" "Herta Berlin" və "Verder Bremen"lə matçlarda xüsusi qara forma geyinəcək.


Futbolçuların geyindiyi formaların satışından əldə edilən gəlir isə zəlzələdən zərərçəkənlərə bağışlanacaq.



0 comments
bottom of page