"Borussiya Dortmund" "Lill"in oyunçusunu transfer edir!



"Borussiya" komandanı tərk edəcəyi real görünən Ceydon Sançoya əvəzləyici tapıb.


90plus.az xəbər verir ki, dortmundlular "Lill"in heyətində Fransa çempionu olan Conatan İkone ilə maraqlanır. "Borussiya" 23 yaşlı fransızı Sançonun əvəzləyici gözündə görür.


Qeyd edək ki, İkone son mövsümdə meydana çıxdığı 48 oyunda 7 qol vurub, 7 məhsuldar ötürmə verib.

0 comments

Recent Posts

See All