"Borussiya Dortmund” Almaniya Bundesliqasında növbəti oyununa çıxıb.
90plus.az xəbər verir ki, komanda 18-ci turda “Bayer Leverkuzen” klubunun qonağı olub. Görüş “Dortmund”un 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Borussiya Dortmund” turnir cədvəlində 34 xalla 4-cü, “Bayer Leverkuzen” isə 24 xalla 9-cu pillədə qərarlaşıb.
Almaniya Bundesliqası 18-ci tur:
“Bayer Leverkuzen” 0-2 “Bor. Dortmund”
Adeyemi K. 33’
Tapsoba E. 53’ ( öz qapısına)
