top of page

"Borussiya Dortmund"un hücumçusu aprel ayının ən yaxşısı seçildi

“Borussiya”nın (Dortmund) hücumçusu Donyell Malen Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səsvermədə Jeremi Frimponqu, Mussa Diabini (hər ikisi “Bayer”), Joşa Vaqnomanı (“Ştutqart”) və Timo Verneri (“Leyptsiq”) qabaqlayıb.


Niderlandlı forvard ötən ay Bundesliqada keçirdiyi 5 matçda 5 qol vurub.


Xatırladaq ki, ardıcıl dördüncü dəfə Dortmund təmsilçisinin oyunçusu Almaniya çempionatında ayın oyunçusu seçilib: yanvar və fevralda Yulian Brandt, martda isə Rafael Gerrero.



0 comments
bottom of page