"Borussiya" Hütterlə müqavilə imzaladı

Adi Hütterin Münhenqladbax "Borussiya"sına təyinatı rəsmiləşib.

90plus.az klubun saytına istinadən xəbər verir ki, avstriyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Dortmund "Borussiya"sına keçən Marko Rozeni əvəzləyib.

Qeyd edək ki, 51 yaşlı çalışdırıcının son klubu "Ayntraxt" olub.

0 comments