"Borussiya" Haalandın yeni qiymətini açıqladı

"Borussiya" (Dortmund) futbolçusu Erling Haalandı komandada saxlamağa çalışır. 90plus.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Klub 20 yaşlı hücumçunun komandadan gedişinin qarşısını almaq üçün ona 200 milyon avro qiymət qoyub. İngiltərə klublarından "Mançester Yunayted" və "Çelsi" oyuçunu transfer etməkdə israrlıdır. Qeyd edək ki, Haaland ötən ilin yanvar ayından "Borussiya"da çıxış edir.

0 comments