"Borussiya" (Dortmund) klub tarixində unikal nailiyyətə imza atıb.
90plus.az xəbər verir ki, bu, Bundesliqanın 29-cu turunda "Ayntraxt"la oyunda qeydə alınıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komanda Almaniya çempionatında bir mövsümdə doğma meydanda ardıcıl 9-cu qələbəsini qazanıb. Əvvəllər klub bütün tarixində bunu edə bilməyib.
Bu qələbə ilə "Borussiya" Almaniya çempionatının turnir cədvəlində birinci pilləyə qalxıb. Komanda keçirdiyi 29 matçda 60 xal toplayıb.
